Dərc olunub: 24.03.2025
Goranboy rayonu Qarasuçu kənd tam orta məktəbdə “2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsilin xidmətlərinin təşkili” qrant müsabiqəsində qalib olmuş ” Ağ göyərçinlər” layihəsi icra olunur. 
Layihə rəhbəri Axundlu Eşqin Rövşən oğlunun verdiyi məlumata görə Goranboy rayonu Qarasuçu kəndində məktəbəqədər təhsil müssisəsi yerləşmir. Buna baxmayaraq məktəbəqədər təhsil daim dövlətimizin diqqət mərkəzində olmuş və uşaqların məktəbəqədər təhsilə inkişafına böyük önəm verilmişdir.  Bizim layihəmizin əsas məqsədi həmin kənddə yaşayan uşaqların erkən yaş dövrlərində təhsil sistemində uzaqda qalmaması və onlar üçün əlçatanlığı təmin etməkdir. Məktəbdə icma əsaslı təlim qrupunu yaradılması həm maliyyə, həm də çeviklik, həm də effektlik baxımından əlverlişlidir.
Layihəmiz çərçivəsində 3-5 yaş aralığında 11 uşaq erkən təhsil proqramına cəlb olunmuşdur. Məktəbdə ayrılan otaqda uşaqlar üçün hər cür şərait yaranmış və onların təlim-tərbiyəsi ilə tərbiyəçi-müəllim Kərimzadə Nigar İlqar qızı məşğul olur. Uşaqlar üçün təlimlər həftənin 4 günü olmaqla 2 saat aparılır. Təlimlərimiz xüsusi proqram əsasında aparılır və uşaqların kiçik inkişaf bacarıqlarının, motor qabiliyyətlərinin, fiziki inkişaf, məntiq, ətraf aləmlə tanışlığı xüsusi yer tutur.  Layihəmiz hal-hazırda Goranboy rayonu Qarasuçu kənd tam orta məktəbində icra olunur və qrant proqramının məqsədi təhsildən kənarda qalmış uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdir.
Layihənin icrası zamanı öz adımdan Gəncə-Daşkəsən Regioanal Təhsil İdarəsində, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna və Qarasuçu kənd tam orta məktəbinə öz dərin minnətdarlığımızı bildiririr.
Hər şey uşaqlar üçün…..