13 mart 2025-ci il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi tənəffüs zamanı digər sinif yoldaşının əlini zədələyib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, dərhal şagird sinif rəhbəri tərəfindən xəstəxanaya aparılıb və müvafiq tibbi yardım göstərilib.
“Sonrakı günlərdə hər iki şagird dərslərdə iştirak edib. Qeyd edirik ki, hadisədən sonra valideynlər məktəbə dəvət edilib, onlarla profilaktik söhbət aparılıb. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Baş verən hadisə ilə əlaqədar şagirdlərin təhsil aldığı sinfin rəhbərinə intizam tənbeh tədbiri tətbiq edilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə mlumatda qeyd olunub.