Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsi barədə məlumatlara aydınlıq gətirib.
Mektebgushesi.az “Cebheinfo.az” -a istinadən xəbər verir ki, o, İmamoğlunun Kiprdən İstanbul Universitetinə köçürülməsi barədə məlumat verib. Tekin bildirib ki, İmamoğlunun İstanbul Universitetinə köçürülməsi üçün kifayət qədər bal toplamadığı təxmin edilir:
“İmamoğlunun da səhmdarı olduğu bir ailə şirkəti 1997-ci ildə bir məktəb açıb. Bu məktəb Türkiyədə FETÖ-nün ilk məktəblərindən biridir. 15 iyulda (çevrilişə cəhd nəzərdə tutulur-red.) bağladığımız məktəblərdən biridir”.
Nazir uzun illər universitetlərdə köçürülmə komissiyasında fəaliyyət göstərdiyini bildirərək sözügedən hadisə ilə bağlı dəyərləndirmə aparıb. Bildirib ki, sözügedən universitetdə komissiya həmin dönəmin qaydalarına uyğun iş görməyib:
“Nəyə görə dəyərləndirəcək? Orada iki kriteriyamız var.
Birincisi, üniversitetə giriş balı, ikincisi də təhsil aldığı universitetdə orta qiymət. Mətbuatda yazılanlara baxdığımızda, cənab İmamoğlunun hər iki kreiteriya üzrə də lazım olan dərəcəyə sahib olmadığı görünür. Bu, artıq dəqiqdir”.
Nazir bildirib ki, indiki imtahan balı və akademik balla belə bir transfer çox çətin olardı.
O, transferin baş tutduğu 1990-cı ildə baş verənlərdən də danışıb. Onun sözlərinə görə, İmamoğlu ailesinin qurduğu bir şirkət olub:
“Eyni şirkət bir məktəb inşaatına başlayıb. Nə zaman başladığını bilmirik, amma 1997-ci ildə Milli Təhsil Nazirliyinə özəl Gülbahar Hatun Kolleclərini lisenziyası üçün müraciət edilib. Bildirilib ki, tikinti başa çatıb və kollec açılır. Əkrəm İmamoğlunun da səhmdarlardan olduğu bu ailə şirkəti 1997-ci ildə məktəbi açıb. Bu məktəb FETÖ-nün Türkiyədəki ilk güclü məktblərindən biri olub. Əgər universitetə transferdə hansısa tapşırıq varsa, səbəbi bu ola bilər. Biriləri ciddi şəkildə qorunub və belə bir iş ediblər. Dönəmin güçlü səhmdarı olan bir ailənin övladı deyil, siyasi aktorun övladı deyil, bir bağlantı olmalıdır. Ona görə də “Bu, ola bilərmi?” deyirəm”.