Dərc olunub: 23.03.2025

Abşeronda azyaşlı müəmmalı şəkildə ölüb.

Mektebgushesi.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Qəsəbə sakini olan 8 yaşlı Heydər Qurban oğlu Talıbzadə yaşadığı evdə qəflətən ölüb. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.