Mektebgushesi

Dərc olunub: 22.03.2025

“Layihənin davamlılığının təmin olunması və gələcək illərdə əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur”.

Mektebgushesi.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova bildirib. O qeyd edib ki, “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsi Azərbaycanda rəqəmsal bilik və bacarıqları olan gənc nəslin yetişməsinə mühüm töhfə verəcək:

“Mövcud hakaton modelinin inkişaf etdirilərək müxtəlif yaş qrupları və ixtisas sahələrini əhatə edən yeni formatlar üzərində işin aparılması planlaşdırılır”, – deyə o bildirib.