Dərc olunub: 21.03.2025

 

Azərbaycan Radio və  Televiziya Verilişləri  Qapalı Səhmidar Cəmiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ,Azərbaycan Dövlət Rəsm Qalereyası ,Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists , IWS Azerbaijan Beynəlxalq Suluboya Cəmiyyəti  Azərbaycan Nümayəndəliyi, Iws Globe , Naxçıvan Rəssamlar Birliyi , Xətai Uşaq Sənəti Qalereyası  , Xətai Akvarel Qalereyası və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.
FESTİVAL AZƏRBAYCAN VƏTƏNDAŞLARI VƏ ƏCNƏBİLƏRİN AZƏRBAYCANI DAHA YAXINDAN TANINMASINA VƏ SEVMƏSINƏ XIDMƏT MƏQSƏDILƏ ELAN OLUNUR.
ŞÜAR: AZƏRBAYCAN SƏNİ SEVİRƏM!
MÖVZU: MƏNİM GÖZLƏRİMLƏ AZƏRBAYCAN!
YANAŞMA:İZAH YAZMADAN AZƏRBAYCAN RUHUNU,ÖZÜNÜ ƏSƏRDƏ HISS ETDIRMƏK.
TÖVSİYYƏ OLUNAN MÖVZULAR: 
•TƏSVİRİ VƏ TƏTBİQİ SƏNƏT NÜMUNƏLƏRİ
•TARİXİ  VƏ GÖRMƏLİ MƏKANLAR
•PEŞƏ SAHİBLƏRİ VƏ ONLARIN  VE FAALİYET ALANLARI
•VƏTƏNPƏRVƏRLİK ,MƏTBƏX,MƏİŞƏT VƏ GEYİM
•HƏYAT TƏRZİ, MUSİQİ ,ƏDƏBİYYAT
YAŞ HƏDDİ: 8-21 yaş arası
Əsər qəbulu üçün son tarix: 15 aprel  2025 -ci il
Ölçü : 30x40sm-ə qədər
Texnika :akvarel ,qarışıq texnika
Əsərlərin qəbul ünvanı: artfestival2025@gmail.com
İştirakçı anketi: 
1. Ad , Soyad , Təvəllüd
2.Təhsil aldığı məktəb və ya rəsm dərnəyi
3. Mobil əlaqə nömrəsi
4. Əsərin fotosu və adı:
3. Əsərin Ölçüsü və texnikası.
* İştirakçı ən çox 3 əsərlə qatıla bilər  .
* Əsərlər tət-tək göndərilməli, məlumatlar dolğun olmalıdır .
Müəllifin duyğu və düşüncələri nəzərə alinmaqla, yanaşma ,
kompozisiya, rəng həlli  əsas götürüləcək.
* Seçim yaş kateqoriyasına uyğun :8-12, 13-16 , 17-21 aparılacaq.
* Sərgilənməmiş – yeni əsərlər görmək istərdik!
* 8 may tarixində ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək.
* Seçilmiş əsərlərin online kataloqu hazırlanacaq.
* Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək.
* Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
* Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.
* Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq  I ,II,III yerlər,
həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
* Əcnəbilər tərəfindən  email poçta göndərilən əsərlər arasından seçilmiş
əsərlər tərəfimizdən çap olunaraq çərçivədə sərgilənəcək və əsəri
sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
* Əcnəbilər öz hesabına sərgilərdə və festivalda əyani olaraq iştirak edə bilər.
* Müsabiqə və festivalda iştirak ödənişsizdir.
* Əlavə suallar üçün +994 51-310-74 01 tel/whatsapp
Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
Tel: (+994) 12 490 84 51/52/53