Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib.
ADU-dan Mektebgushesi.az – a bildirilib ki, tədbirdə xalqımızın hər il böyük maraq və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.
Rektor Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara cansağlığı və işlərində uğurlar arzu edib.
Tədbirdə müxtəlif kafedraların, dekanlıqların hazırladıqları bayram süfrəsi, həmçinin bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub.
Tələbələrin hazırladıqları konsert proqramı təqdim olunub.
Sonda Novruz tonqalı qalanıb.












