Dərc olunub: 18.03.2025

Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Novruz Bayramı münasibətilə “Yurdumuza Bahar gəlir” adlı bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, şəhid ailələrinin üzvləri və tələbələr iştirak ediblər.

Çıxış edən filialın direktoru dosent Yusif Alıyev iştirakçıları milli adət-ənənələrin daşıyıcısı, xalqımızın sevimli bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib.
Sonra universitetin ictimai-siyasi həyatında fəqlənən tələbə və əməkdaşlar “Fəxri Fərman”la təltif ediliblər.

Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları səhnəciklər, kosa və keçəlin yumoristik nömrələri nümayiş olunub, musiqi və rəqs kompozisiyaları  təqdim edilib.
Sonda Filialın struktur bölmələrinin hazırladıqları Novruz xonçalarından ibarət sərgiyə baxış keçirilib, xatirə şəkli çəkdirilib.