Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin bağlanışında Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Layihə çərçivəsində məktəbin VIII-XI sinif şagirdləri üçün şifahi və yazılı nitq bacarıqlarını inkişaf etdirmək məqsədilə “Ünsiyyət klubu” yaradılacaqdır. Klubda həftədə 2 dəfə olmaqla, ümumilikdə 24 saatlıq təlim proqramı təşkil edilib. Proqram, şagirdlərdə akademik yazı və şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədilə hazırlanmış xüsusi təlim modullarından ibarət olmuşdur. Təlimlər həm yerli, həm də Türkiyədən dəvət olunmuş ekspertlərin iştirakı ilə hibrid formatda həyata keçirilib və 3 ay davam etmişdir. Layihənin sonunda “”Yaşıl dünya naminə həmrəylik ili”” mövzusunda esse müsabiqəsi keçirilib və qaliblər mükafatlandırılmışdır.
Xatırladırıq ki, “Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsinə dəstək” adlı layihə Hacıyev Qismət Adıgözəl tərəfindən həyata keçirilir. Layihənin məqsədi, şagirdlərdə yazılı və şifahi ünsiyyət bacarıqlarını gücləndirmək, onların ifadə qabiliyyətini və müzakirə mədəniyyətini inkişaf etdirməkdir. Bu layihə sayəsində şagirdlər öz fikirlərini daha səlis ifadə etmək bacarığı qazanıb və akademik nailiyyətlərində irəliləyiş əldə ediblər