Dərc olunub: 15.03.2025

     Vaxtilə   “İNEPO”  Beynəlxalq  Layihə  Olimpiadalarında  xüsusi  fəallıq  göstərən  Şirvan  məktəbliləri  VI  müsabiqədən  başlayaraq  “SABAHIN  ALMLƏRİ”  Respublika  Müsabiqəsində  də  fəal  iştirak  edirlər.Layihələr  seçim  turunda  qalib  gələrək  sərgiyə-finala  vəsiqə  qazansalar da   son  mərhələdə  medal  qazanmağa  nail  ola  bilməmişdilər.

Bu  il  Şirvan  şəhər  E.İmanov  adına 10 №li  tam  orta  məktəbin IX  sinif   şagirdləri  Aysu  Cabbarlı  və   Xədicə  Cabbarovanın   biologi-ya  nominasiyası  üzrə  müsabiqəyə  göndərdik-ləri  “YAŞIL DÜNYAMI-ZIN TƏHLÜKƏSİZLİYİ —BİOPESTİSİDLƏR”  adlı layihə seçim  turun-da  uğur  qazanaraq  fi-nala-sərgiyə  vəsiqə  al-mış, yüksək  səviyyədə  təqdimat  nümayiş  etdi-rən  şagirlər  müsabiqə-nin  BÜRÜNC  medalı-na  layiq  görülərək  işti-raka  görə  TƏŞƏKKÜR-

NAMƏ, 3-cü yer  tutduq-ları  üçün  DİPLOM  və  qiymətli  hədiyyələr  al-mışlar.Layihənin  elmi  rəhbəri,məktəbin  direktoru  Zümrüd  Əliyevaya   da  TƏŞƏKKÜRNAMƏ   verilmişdir.Qalib  şagirdlərlə   görüşüb  söhbət  edərkən  məlum  oldu ki, bu  qələbə  onların  ilk  uğuru  deyil: belə  ki,Aysu  Cabbarlı  hələ  VII  si-nifdə  oxuyarkən  Respublika  Fənn Müsabiqəsinin  biologiya  fənni üzrə  BÜRÜNC  medalını  almış.VIII  sinifdə isə  JUNİOR Beynəlxalq  Biologiya  Olimpiadasında  hazırlıq  komandasının  üzvü,Respublika  Fənn  Olimpia-dasının biologiya fənni üzrə finalçısı olmuş,IX sinifdə  isə Respublika Fənn  Olimpiadasında biologiya  fənni üzrə finalda  iştirak  hüququ  qazanmışdır.

Xədicə  Cabbarova  isə  yarışmalara  V  sinifdən  qoşulmuş, V  sinifdə  Lütvizadə  adına  məntiq  olimpiadasının  finalçısı,VI snifdə Respublika  Fənn Müsabiqəsinin  riyaziyyat  fənni üzrə  finalçısı,VII  sinifdə  Respub-lika  Fənn Müsabiqəsinin  biologiya  fənni üzrə  GÜMÜŞ  medalçısı, VIII  sinifdə isə  JUNİOR Beynəlxalq  Biologiya  Olimpiadasında  hazırlıq  ko-mandasının  üzvü, Respublika  Fənn  Olimpiadasının   biologiya  fənni üz-rə finalçısı olmuş, IX  sinifdə isə SENİOR Beynəlxalq  Biologiya  Olimpia-dasında  hazırlıq  komandasının  üzvü  olaraq Respublika  Fənn  Olimpia-dasında   biologiya  fənni üzrə  finalda  iştirak  hüququ  qazanmışdır.

Biologiya  fənnini  gələcək  hədəf  kimi  seçən  bu  qızlar  bir  il  öncə    “SABAHIN  ALMLƏRİ”  Respublika Layihə   Müsabiqəsinə  qoşulmağa  qərar  verdilər, elmi  rəhbər  kimi  biologiya  müəllimi  Zümrüd  Əliyeva  ilə  məsləhətləşdilər, bir  il  ərzində  elmi  araşdırmalar  apararaq  biopestisid-lərin  ərzaq  təhlükəsizliyində  rolunu  öyrəndilər, müxtəlif  metodlardan  is-tifadə  etməklə, analogiyalar  aparmaqla, hipotezlərini  təcrübi  faktlarla  əsaslandıraraq  maraqlı  bir  layihə  təqdim  edə  bildilər  və  elmi  rəhbərin  şagirdlərlə  səmərəli  işi  onların  finala  vəsiqə  almasına  zəmin  yaratdı.

Sərgiyə  hazırlaşarkən  mükəmməl  bildikləri  ingilis  və  rus  dillərində  də  təqdimat  etməyi  nəzərdə  tutdular.Nəticədə   layihəni  həm  ana  di-lində, həm  də  ingilis  dilində  təqdim  etdilər.Sərgi  üçün  bukletləri də  3 dildə  Azərbaycan, İngilis  və  Rus  dillərində  hazırlamışdılar.Onların  bu  maraqlı  yanaşması da  münsiflərin  diqqətini  cəlb  etdi.Yüksək   fəallıq  nümayiş  etdirən  gələcəyin  bioloqları   hazırladıqları  layihəni  də  yüksək  səviyyədə  təqdim  edərək  BÜRÜNC  medalların  sahibi  oldular.

Qələbə  təəssüratlarını  bizimlə  bölüşən  qalib  qızlar  növbəti  müsabi-qədə də  maraqlı  bir  layihə  ilə  şəhərimizi  təmsil  etmək, daha  böyük  qələbələr  əldə  etmək  istədiklərini  bildirdilər.

    “SABAHIN   ALİMLƏRİ”  RESPUBLİKA  LAYİHƏ  MÜSABİQƏSİNİN    Şirvan  qaliblərini  biz  də  təbrik  edir,onlara  gələcək  fəaliyyətlərində  uğurlar  diləyirik.

 Rəfail   Şıxəlioğlu

Şirvanda  çıxan  “İŞIQ”  qəzetinin  ictimai  müxbiri.

Şirvan  şəhəri