Dərc olunub: 15.03.2025

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Mektebgushesi.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.