Dərc olunub: 14.03.2025

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin imtahan mərhələsinə start verilir.

Agentlikdən Mektebgushesi.az-a bildirilib ki, işə qəbul imtahanı 15 mart 2025-ci il tarixində Bakı şəhərində keçiriləcək.

İmtahanların yeri və vaxtı ilə bağlı ətraflı məlumat namizədlərə SMS vasitəsilə təqdim ediləcək. Bu səbəbdən namizədlərdən portalda qeyd etdikləri telefon nömrələrinin aktivliyini yoxlamaları və hər hansı dəyişiklik olduğu halda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzinə (146-7) məlumat vermələri xahiş olunur.

İmtahan proqramı ilə tanış olmaq istəyən namizədlər vet.edu.gov.az rəsmi internet səhifəsinin “Karyera” bölməsinə daxil ola bilərlər.

İmtahanda keçid balını toplayan namizədlər vəzifəyə uyğun olaraq müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə mərhələsinin 7 aprel – 15 may 2025-ci il tarixləri aralığında keçirilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün: portal.edu.az