Mektebgushesi

Dərc olunub: 14.03.2025

Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin 2 nəfər magistrantı- Erseyit Asel və Xudayberqenov Sultan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) iki həftəlik elmi-tədqiqat təcrübəsi keçib.

Universitetdən  bildirilib ki, əməkdaşlıq çərçivəsində ADNSU-da olan magistr tələbələr təcrübə müddədində Geoloji kəşfiyyat fakültəsində elmi- tədqiqat təcrübəsi keçiblər, tədris prosesi ilə yaxından tanış olublar və laboratoriyalarda təqdiqat işlərində iştirak ediblər.

Qonaq tələbələr eyni zamanda, ADNSU-nun Tarix muzeyini ziyarət edib və Mineralogiya muzeyində zəngin minerallarla tanış olub onların adı, kimyəvi tərkibi və tapıldığ yataqlar haqqında ətraflı məlumat alıblar.