Dərc olunub: 14.03.2025

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.

Mektebgushesi.az  xəbər verir ki, şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.

Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu 27 aprel tarixində keçiriləcək.