Latviyanın sabiq baş naziri müavini, həmçinin daha əvvəl xarici işlər naziri və müdafiə naziri vəzifələrini tutmuş Artis Pabriks ADA Universitetində mühazirə oxuyub.
Mektebgushesi.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.
“Martın 12-də Azərbaycanın Latviyadakı səfirliyinin ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə birgə əməkdaşlığı sayəsində Latviyanın keçmiş Baş nazir müavini Dr. Artis Pabriks tərəfindən mühazirə oxunub”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, latviyalı siyasətçi XII Qlobal Bakı Forumunda iştirak edir. O, “Report”a açıqlamasında ölkəsinin Azərbaycanı Cənubi Qafqazda əsəs tərəfdaş kimi gördüyünü söyləyib.


