İsveç hökuməti məktəblərdə smartfonlardan istifadəni qadağan etmək qərarına gəlib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ölkədəki ibtidai və orta məktəblərdə smartfonlar qadağan olunub.
“Aparılan elmi araşdırmalara görə, şagirdlər dərsdə mobil telefonları olmayanda özlərini daha yaxşı hiss edirlər. Smartfonlar tələbələrin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir etdiyi üçün bu qərarı qəbul etdik”, – deyə Lotta Edholm əlavə edib.
Nazir vurğulayıb ki, şagirdlərin mobil telefonları sinifə girməzdən əvvəl toplanaraq seyfdə saxlanılacaq, müəllimlər isə öz smartfonlarını uyğun bildikləri yerə qoyacaq və qoyub dərs zamanı istifadə etməyəcəklər.
Qadağa 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.