Dərc olunub: 14.03.2025

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

Mektebgushesi.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub.

“Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərə cavab olaraq bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edib, sonrakı dərslərdə iştirak etməyib”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.