Mektebgushesi

Dərc olunub: 14.03.2025

2024-2025-ci tədris ilində Beynəlxalq ikili diplom proqramları üzrə 1041 tələbə təhsil hüququ qazanıb.

Mektebgushesi.az  xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında ümumi məlumat öz əksini tapıb.

“Beynəlxalq ikili diplom proqramları üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041 nəfər, məzun sayı isə 252 nəfər (152 nəfər magistratura, 100 nəfər bakalavriat səviyyəsi üzrə) olub.

Dünya universitetlərinin reytinqində ilk 500-lükdə yer alan 23 ölkənin 106 nüfuzlu ali təhsil müəssisəsində 7 prioritet ixtisas istiqaməti üzrə 284 Azərbaycan vətəndaşı doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Dövlət vəsaiti hesabına maliyyələşən ikili diplom proqramları ilə yanaşı, ölkəmizin ali təhsil müəssisələri də birbaşa xarici ölkə ali təhsil müəssisələri ilə əlaqələr qurulub. Bakalavriat səviyyəsində 11 ixtisas, magistratura səviyyəsində isə 17 ixtisas üzrə ikili diplom proqramı icra olunmaqdadır.