Dərc olunub: 13.03.2025

Martın 13-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir.

Mektebgushesi.az xəbər verir ki, final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə 138 elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb.

Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.