“Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq”.
Mektebgushesi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.
İlham Əliyev bildirib ki, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var:
“Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm”.