Dərc olunub: 12.03.2025

 

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Xəqani Qurbanov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur.

Mektebgushesi.az xəbər verir ki, Qurbanov Xəqani Sayad oğlu Bakı Slavyan Universitetinin “Filologiya” ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2016-cı illərdə Kürdəmir rayon ümumi təhsil müəssisələrində müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktor, rayon təhsil şöbəsində metodist, aparıcı məsləhətçi, müdir vəzifələrində çalışmışdır.

2016-cı ildən Daxili nəzarət şöbəsində baş mütəxəssis, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində işləyib.