Dərc olunub: 12.03.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bakalavriat səviyyəsinin IV tədris ili tələbələri fevralın 17-dən etibarən təcrübəyə başlayıblar. Filialın “Sosial iş” ixtisasının IV tədris ili tələbələrinin istehsalat təcrübəsi Şəki “ASAN xidmət” mərkəzində həyata keçirilir.
Tələbələr mərkəzin müxtəlif şöbə və bölmələrinin iş fəaliyyəti  ilə tanış olur, işgüzar sənədlər, onların hazırlanması, sosial münasibətlər, vətəndaşlara xidmət və s. kimi məsələlər üzrə bacarıqlara yiyələnir, işgüzarlıq, təşkilatçılıq və komanda ilə iş vərdişlərini inkişaf etdirmək üçün mütərəqqi iş üsul və vasitələri ilə yaxından tanış olurlar.