Dərc olunub: 11.03.2025

“LANDAU School” illərdir ki, təhsil sahəsində innovativ yanaşmalar tətbiq edərək yüksəkkeyfiyyətli təhsil təqdim edir və şagirdlərin potensialını ən yüksək səviyyəyə çatdırmağa yönəlir. Məktəb son illərdə bir sıra mühüm dəyişikliklər həyata keçirib və bu dəyişikliklər təhsilin keyfiyyətini və akademik performansı yüksəltməyə, həmçinin məktəbin təhsil sahəsindəki mövqeyini daha da gücləndirməyə imkan yaradıb.

Son dövrlərdə həyata keçirilmiş əsas yeniliklər:

Ödənişsiz Uzadılmış Gün Proqramı – Bu proqram şagirdlərə məktəbdə ev tapşırıqlarını yerinə yetirmək imkanı yaradır və bu da valideynlərə əlavə zaman qazandırır. Beləliklə, valideynlər evdə övladlarının tapşırıqları ilə məşğul olmaq məcburiyyətində qalmırlar.

9-11 siniflər üçün hazırlıq məktəbi – “LANDAU School” və “Leznik & Co.”nun birgə layihəsi olan kurs əsaslı hazırlıq məktəbi şagirdlərə vahid məkanda həm orta təhsillərini tamamlamaq, həm DİM proqramları, həm də beynəlxalq imtahanlar üzrə (SAT, IELTS və TOEFL) yerli və xarici universitetlərə hazırlaşmaq imkanı yaradır.

Olimpiada hazırlıq mərkəzi – Şagirdlərin beynəlxalq olimpiadalar və yarışlara hazırlanması məqsədilə yaradılan bu mərkəz “LANDAU” şagirdlərinə cəmi bir il ərzində 800-dən çox medal qazandırıb. Bu, onların təhsil sahəsindəki müvəffəqiyyətlərini daha da artırıb.

“LANDAU” Təqaüd Proqramı – Yüksək akademik nəticə göstərən şagirdlərə xüsusi təqaüdlər təqdim edən bu proqram şagirdlərin daha da motivasiya olmasına və daha yüksək nəticələrə nail olmasına şərait yaradır.

“LANDAU” Təqaüd Proqramı çərçivəsində hər il məktəbimiz 100 şagirdə təhsil təqaüdü almaq imkanı təqdim edir. Bu, müvafiq akademik göstəricilər və imtahan nəticələri əsasında müəyyən olunur.

Təyin olunmuş meyarlara uyğun olan şagirdlər təhsil haqqının 20%-dək güzəşt əldə edirlər.

Fərdi Hesabatlar – Valideynlər hər bir şagirdin təhsil inkişafını daha yaxından izləyə bilərlər. Bu hesabatlar valideynlərə övladlarının güclü olduqları və inkişaf etdirilməsi lazım olan sahələri anlamaqda kömək edir.

Bu yeniliklər məktəbin təqdim etdiyi xidmətlərin keyfiyyətinin və təhsil yanaşmalarının təkmilləşdirilməsinin birbaşa nəticəsidir.

Nəticə etibarilə, həyata keçirilən bütün dəyişikliklər müştəri məmnuniyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Təhsil strategiyasında həyata keçirilən yeniliklərin davamı olaraq, “LANDAU School” öz brend kimliyini daha müasir və məqsədyönlü şəkildə yeniləmək qərarına gəlib. Yeni vizual üslub məktəbin əsas missiya və vizyonunu daha aydın şəkildə əks etdirir və “LANDAU School”un dinamik, müasir və innovativ təhsil yanaşmasını vurğulayır.

Yenilənmənin bir hissəsi olaraq valideynlər və şagirdlər üçün xüsusi “LANDAU” “Merchandise” xətti təqdim edilib və daha funksional, yenilənmiş veb-sayt – “landauschool.com” istifadəyə verilib.

Bu dəyişikliklər “LANDAU School”un əsas missiyasına – şagirdlərin potensialını maksimum dərəcədə inkişaf etdirmək və onların gələcək uğurlarına dəstək olmaq məqsədinə xidmət edir.

Qeyd edək ki, 2025/2026 tədris ili üçün qeydiyyat artıq açıqdır!

Daha ətraflı məlumat üçün yenilənmiş rəsmi sayta – “landauschool.com” daxil ola və ya *1908 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.