Mektebgushesi

Dərc olunub: 10.03.2025

Ucar rayon Rəstəcə kənd tam orta məktəbində baş verən insidentlə bağlı müvafiq tədbirlər görülüb.

Mektebgushesi.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məumata görə, bir müddət əvvəl məktəbin 9-cu sinif şagirdləri arasında baş verən münaqişə nəticəsində bir şagird sinif yoldaşına xəsarət yetirib. Hadisə ilə bağlı aidiyyəti qurumlar dərhal məlumatlandırılıb və müvafiq araşdırmalar aparılıb.

Baş vermiş hadisəyə görə məktəbin direktoru Rahib Rəsulova şiddətli töhmət verilib, Ucar rayonu üzrə təhsil sektorunun müdiri Rahib Burcəliyevə isə xəbərdarlıq edilib:

“Təhsil İdarəsi məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunmasını, psixoloji maarifləndirmə işlərinin gücləndirilməsini və belə halların təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsini vacib hesab edir. Bu istiqamətdə aidiyyəti üzrə əlavə addımların atılması nəzərdə tutulur.

Mərkəzi Aran Regional Təhsil İdarəsi məktəblərdə nizam-intizamın təmin olunması, şagirdlər arasında sağlam mühitin qorunması və oxşar halların qarşısının alınması üçün müvafiq tədbirləri davam etdirəcək”.