Şirvan məktəblisi Monteneqroda keçirilən beynəlxalq turnirdə qızıl medala layiq görülüb.
Mektebgushesi.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, martın 3-9-da Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində Azərbaycan yığma komandasının heyətində çıxış edən Şirvan Olimpiya İdman Kompleksinin boks bölməsinin yetirməsi və Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 54 kq çəki dərəcəsində qızıl medal əldə edib.
Qeyd olunub ki, yığmamız yarışda ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıb.