Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 59 şagird Respublika fənn olimpiadasının final turunda iştirak etmək hüququ qazanıb.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu şagirdlərin 6-sı Neftçala rayonu Aşağı Surra kənd tam orta məktəbində təhsil alır. Məktəbin şagirdləri Nərmin Həsənova, İbrahim Babayev və Nuray Quluzadə kimya, Zeynəb Sadıqlı coğrafiya, Xədicə Dünyamalıyeva tarix, Əhlinaz Abdizadə Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak edir.
Olimpiadanın yarımfinal mərhələsində Şirvan şəhəri üzrə 20, Neftçala rayonu üzrə 19, Biləsuvar rayonu üzrə 10, Salyan rayonu üzrə 8, Hacıqabul rayonu üzrə 2 şagird uğur qazanıb.
.jpg)