Mektebgushesi

Dərc olunub: 10.03.2025

Martın 11-dən Təhsil İnstitutunun “Müasir metodist” layihəsi çərçivəsində müəllimlər üçün müsahibə mərhələsinin icrasına başlanılır.

Bunu Təhsil İnstitutundan Mektebgushesi.az -a  bildiriblər.

Qeyd edilib ki, bu həftə Abşeron-Xızı, Dağlıq Şirvan və Lənkəran-Astara Regional Təhsil İdarələrinə tabe olan ümumi təhsil müəssisələrində çalışan və “Müasir metodist” layihəsi üzrə qeydiyyatdan keçən müəllimlər müsahibə mərhələsinə cəlb olunacaqlar.