Mektebgushesi

Dərc olunub: 07.03.2025

23 fevral tarixində baş tutan Respublika fənn olimpiadalarının yarımfinal turunu uğurla başa vuran 1100-ə yaxın şagird olimpiadanın final turuna vəsiqə qazanıb.

Mektebgushesi.az  finalçılara dəstək məqsədilə Təhsil İnstitutu tərəfindən hazırlanan 2024-2025-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun proqramını təqdim edir.

Proqramı ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Azərbaycan dili və ədəbiyyat

Riyaziyyat

Fizika

Kimya

İnformatika

Tarix

Coğrafiya

Biologiya

Qeyd edək ki, final turu riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix daxil olmaqla 8 fənn üzrə təşkil olunur.
Respublika fənn olimpiadalarının təşkilinin əsas məqsədi istedadlı şagirdlərin aşkar etmək, onlarda fənlərin dərindən öyrənilməsinə maraq artırmaq, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdləri qiymətləndirməkdir.