23 fevral tarixində baş tutan Respublika fənn olimpiadalarının yarımfinal turunu uğurla başa vuran 1100-ə yaxın şagird olimpiadanın final turuna vəsiqə qazanıb.
Mektebgushesi.az finalçılara dəstək məqsədilə Təhsil İnstitutu tərəfindən hazırlanan 2024-2025-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının müvafiq fənlərə uyğun proqramını təqdim edir.
Proqramı ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:
Qeyd edək ki, final turu riyaziyyat, informatika, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix daxil olmaqla 8 fənn üzrə təşkil olunur.
Respublika fənn olimpiadalarının təşkilinin əsas məqsədi istedadlı şagirdlərin aşkar etmək, onlarda fənlərin dərindən öyrənilməsinə maraq artırmaq, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdləri qiymətləndirməkdir.