Dərc olunub: 07.03.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş intellektual oyun keçirilib.

Mektebgushesi.az xəbər verir ki, yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 11 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışın nəticələrinə görə  “Venera” komandası birinci, “Xürrəmilər” komandası ikinci, “Chivas Regal” komandası üçüncü yerə sahib olub. Qalib komandalar  diplomlarla təltif olunublar.