Dərc olunub: 07.03.2025

Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə görüş keçirilib.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, ADPU HİK-nın sədri dosent Vaqif Əliyev və universitetdə rəhbər vəzifələrdə çalışan, eləcə də şəhid və qazi ailəsinin üzvü olan, eləcə də ictimai-sosial həyatda fərqlənən 150-dək qadın əməkdaş və müəllim iştirak ediblər.

Görüşdə iştirak edən qadın əməkdaşlara ADPU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr və tər çiçəklər hədiyyə olunub. Qadınların cəmiyyət həyatının inkişafındakı əvəzsiz rolu qeyd olunub.