Dərc olunub: 06.03.2025

Göygölə istirahətə gedən şəxslərin qaldıqları evdən meyitləri aşkarlanıb.

Mektebgushesi.az  Xəzər TV-yə istinadən məlumat verir ki, 26 yaşlı Səbinə Hüseynli, 25 yaşlı Münəvvər Hüseynova, 21 yaşlı Xatirə Hüseynova və 35 yaşlı Seymur Müseyibovdan xəbər ala bilməyən yaxınları onların qaldıqları evə getdikdə dəhşətli mənzərə ilə qarşılaşıblar.

Yaxınlarının sözlərinə görə, gənclər od çərşənbəsi ilə əlaqədar istirahət üçün gəzintiyə gediblər. Daha sonra isə bu hadisə baş verib.

İlkin ehtimal olaraq, onların dəm qazından öldükləri bildirilsə də, hansı səbəbdən həyatlarını itirmələri hələ ki dəqiq məlum deyil. Ölən şəxslərin meyitləri istintaq araşdırmaları üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Ətraflı süjetdə: