Dərc olunub: 06.03.2025

ABŞ Prezidenti Donald Tramp ölkənin Təhsil Nazirliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalamaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumdakı mənbələrə istinadən “The Wall Street Journal” (“WSJ”) qəzeti yayıb.

Mənbələrin sözlərinə görə, sərəncam bu gün imzalana bilər.

“WSJ”, həmçinin yazır ki, Trampın komandası Təhsil Nazirliyinin ləğvini federal qurumların ixtisar edilməsi çərçivəsində müzakirə edir.

Bildirilib ki, D.Tramp yanvarda səlahiyyətlərinin icrasına başladığı andan bu təşəbbüs hazırlanıb. O, andiçmə mərasimindən sonra vurğulayıb ki, ABŞ hökumətində genişmiqyaslı islahatlar keçirmək niyyətindədir.