Mektebgushesi

Dərc olunub: 05.03.2025

Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 59 şagird Respublika fənn olimpiadasının final turunda iştirak etmək hüququ qazanıb.

İdarədən verilən məlumata görə, yarımfinal mərhələsində Şirvan şəhəri üzrə 20, Neftçala rayonu üzrə 19, Biləsuvar rayonu üzrə 10, Salyan rayonu üzrə 8, Hacıqabul rayonu üzrə 2 şagird yarımfinal mərhələsində uğur qazanıb.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.