Mart ayının 4-də ADA Universitetində keçirilən “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masada aparılan müzakirələr və əldə olunan ilkin razılaşmalar çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Qazaxıstan Respublikasının aparıcı ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalanıb. Tədbir çərçivəsində Pedaqoji Universitetlə Qazax Dövlət Qızlar Pedaqoji Universiteti, Özbəkali Janibekov adına Cənubi Qazaxıstan
Pedaqoji Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Pedaqoji Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlığın başlanğıcı kimi martın 4-də ADPU-da Qazax Dövlət Qızlar
Pedaqoji Universitetinin (KNWTTU) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə KNWTTU-nun rektoru professor Gulmira Qanay, Akademik məsələlər
departamentinin əməkdaşı Kımbat Balajanova, eləcə də ADPU-nun rektoru
professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov və
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər. Görüş
zamanı universitetlər arasında akademik proqramlar, tələbə və müəllim mübadiləsi,
elmi-tədqiqat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları geniş müzakirə
olunub.

Martın 5-də isə universitetdə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik
Universiteti və Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin
nümayəndə heyətləri ilə görüş keçirilib. Görüşdə Şərqi Qazaxıstan Universitetinin
rektoru professor Tölegen Muxtar, Strategiya, beynəlxalq əməkdaşlıq və
akkreditasiya şöbəsinin müdiri Dana Niqmanova, Keyfiyyətin təminatı və
beynəlxalq əməkdaşlıq şöbəsinin direktor müavini Külubek Bağdatqalı, Peşəkar
Təkmilləşdirmə Mərkəzinin müdiri Zhannel Bolatovna, doktorant Maratqızı
Nazərke, Yessenov Universitetinin birinci vitse-prezidenti Kaiyrbek Makulov,
Pedaqogika kafedrasının müdiri Aliya Janissenova, Biznes və hüquq fakültəsinin
dekanı Rısgül Abilşeyeva, Yessenov Universiteti Azərbaycan Mərkəzinin
direktoru İlkin Orucov və ADPU rəhbərliyi iştirak ediblər.

Görüşlər zamanı Qazaxıstan universitetlərinin nümayəndələri təhsil
müəssisələrinin tarixi, akademik strukturu, elmi-tədqiqat istiqamətləri və
beynəlxalq əlaqələri barədə təqdimatlar ediblər. Tərəflər akademik əməkdaşlığın
genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi konfrans və
simpoziumların təşkili və müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılması
perspektivlərini müzakirə ediblər.
Görüşlər nəticəsində ADPU və Qazaxıstan universitetləri arasında elmi və
akademik əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunub.
Səfər çərçivəsində qonaqlar ADPU-nun əsas binası, elektron kitabxanası, Heydər
Əliyev muzeyi və Türkoloji Mərkəz ilə tanış olub, universitetin infrastrukturu və
akademik imkanları haqqında ətraflı məlumat əldə ediblər.
Səfər çərçivəsində qonaqlar ADPU-nun əsas binası, elektron kitabxanası, Heydər
Əliyev muzeyi və Türkoloji Mərkəz ilə tanış olub, universitetin infrastrukturu və
akademik imkanları haqqında ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, bu əməkdaşlıq Azərbaycan və Qazaxıstan arasında ali təhsil
sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək,
universitetlər arasında təhsil və elmi-tədqiqat sahələrində qarşılıqlı təcrübə
mübadiləsini gücləndirəcək. ADPU-nun beynəlxalq əməkdaşlıq istiqamətində
atdığı bu addım, universitetin qlobal elmi və akademik platformalarda mövqeyini
gücləndirmək məqsədini daşıyır və gələcəkdə ortaq layihələrin, ikili diplom
proqramlarının və beynəlxalq akademik təşəbbüslərin həyata keçirilməsinə zəmin
yaradacaq.