Ucar rayon Küçəkənd kənd körpələr evi – uşaq bağçasında yanğın baş verib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə gecə saat 03:00 radələrində olub.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, müvafiq qurumlar tərəfindən araşdırılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.