Dərc olunub: 01.03.2025

Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.  Sözsüz ki, həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmini, yaşıl enerji növlərinin yaradılması istiqamətində işlər və s.  işlərə ETN və tabeliyində olan qurum və məktəblər   də öz töhfəsini verməlidir…

Məktəb səviyyəsində, dirçələn və yenidən bərpa olunan Qarabağın ekosisteminin problemlərinin müəyyən edilməsi, şagirdlərimizin düşüncəsində daim bu real problemlərinin həlli üçün yaradıcı təşəbbslərin olması üçün  müxtəlif istiqamətlərdə şagird ideya-prototip layihələrin təklif edilməsi, hazırki vəziyyətdə uzundövr üçün davamlılıqda həll yollarından biridir.

Paralel olaraq, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ilin noyabr ayı ərzində  ev sahibliyi edəcəyi məlumdur (istinad:  https://unfccc.int/cop29) .  STEAM təlimçi-müəllimi və rəqəmsal bacarıqlar müəllim olaraq, təhsil  layihələri ilə  işləmək, şagirdlərlə festival-sərgi-müsabiqələrdə iştirak etmək bacarıqlarımı, təhsilimizin bu istiqamətdə apardığı işlərə daha da təkan verməsi üçün istifadə etmək niyyətindəyəm. Belə ki, Bakı şəhəri üzrə müxtəlif innovativ layihələr tətbiq edilən məktəblərin müəllim həmkarlar ilə əməkdaşlıq edərək aşağıdakı problem istiqamətlərdə şagirdlərimizə praktik bacarıqlar verən fəaliyyətlə təşkil etmək, onları “ekomühəndis” düşüncəsi ilə təlim-tərbiyə-dəyərlər əsasında formalşdırmağı hədəfləyirəm:

  • Qlobal iqlim dəyişikliyi və Azərbaycan əraziləri üçün təkliflər
  • Su və təmiz torpaq problemi fonunda təbii ehtiyatlarımıza baxış
  • Qarabağın yaşıllaşma və səhralaşma problemi
  • Gələcək üçün alternativ enerji mənbələri
  • Şəhərləşmə fonunda Bakı və Abşeronun biomüxtəlifliyin qorunması və s.

Xsusi qeyd etmək istəyirəm ki, müəllimi olduğum, Bakı milyonçusu M. Muxtarov tərəfindən inşa etdirilmiş tarixi  162 nömrəli tam orta məktəbin ETN-nin bir çox innovativ  layihələrinin uğurla tətbiq edildiyi, öz müsbət təcrübələrin ətraf məkətblərə yayılmasında daim aktiv olan bir məktəbdir.  “Ekomühəndis Şagirdlərin COP 29 – Məktəb Zirvəsi” adlanan layihə təklifimin aktual problemi iqlim dəyişikliyi ilə mübarizədə təhsilin və gənc nəslin rolu ilə əlaqəlidir. Bu layihə, təhsilalanların iqlim dəyişikliyinin fəsadlarını başa düşmələrinə və bu hadisələrə qarşı effektiv reaksiya vermələrinə yardım etmək məqsədilə təşkil ediləcək. Şagirdlər anlamalıdır ki, iqlim dəyişikliyi ciddi təhlükəli problemlərə səbəb olur və bu, gələcək nəslin yaşayış keyfiyyətini də bir-başa təsir edəcək.   Bu baxımdan  təklif etdiyim “Ekomühəndis Şagirdlərin COP 29 – Məktəb Zirvəsi” layihə təklifi , məktəb şagirdlərinin ekoloji problemlər, iqlim dəyişikliyi ilə mübarizədə təhsil prosesinin əhəmiyyətini artırmaq, liderlik bacarıqlarını inkişaf etdirmək və məktəb, müəllim və şagirdlər arası əməkdaşlığı gücləndirmək üçün təklif edilən effektiv bir vasitələrdəndir.

Beləliklə, biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edir, birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyiriik.

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin “Fərdi layihələr” kateqoriyası üzrə qalib olan “Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi” adlı layihənin məqsədi Bakı məktəblilərinin cəlb olunduğu iqlim dəyişikliyi və ətraf mühitin qorunması ilə bağlı praktik fəaliyyətlərlə mühəndis-dizayn, proqramlaşdırma, layihələndirmə vərdişləri formalaşacaq uğurlu və innovativ gənc nəsli yetişdirmək, ekomühəndislik və sosial bacarıqların inkişafı üçün şagirdlər arasında əməkdaşlığı dəstəkləyəcək “Ekomühəndis şagirdlərin COP 29 – Məktəb Zirvəsi” prosesin təşkil etməkdir.

Ekomühəndis şagirdlər ətraf mühiti qorumaq məqsədilə müxtəlif ekoloji problemlərə toxunaraq, bu mövzularda maarifləndirmə videoları hazırlamaq üçün animasiya proqramlarından istifadə ediblər.

Layihəyə cəlb edilmiş şagirdlər layihənin problem məzmununa uyğun hazırladıqları ekoloji problemlərin həlli üçün təklif edilən modelləri, maket və prototipləri hazırlayıblar. Şagirdlər layihələrində ekoelektrik mühəndisliyi – günəş enerjisi, işləyən mexanizmlər, alternativ enerji layihələri, prototip modellərdən, 3D dizayn layihə proqramları və çapdan istifadə ediblər.

Layihənin şagirdləri tullantı bilib atılan əşyalardan maraqlı dəfilə geyimləri də hazırlayıblar.

Xatırladaq ki, “Ekomühəndis şagirdlərin COP-29 məktəb zirvəsi” layihəsi E.Əliyev adına 162 nömrəli tam orta məktəbin Azərbaycan dili və STEAM müəllimi Sevinc Əliyeva tərəfindən icra edilir.