Mektebgushesi

Dərc olunub: 01.03.2025

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri arasında görüş keçirilib.

Mektebgushesi.az xəbər verir ki, görüşdə ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və təhsil, həmçinin təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayaraq, gələcək birgə layihələr və təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Görüş səmərəli müzakirələrlə yadda qalıb və hər iki şura ictimai iştirakçılığın artırılması istiqamətində əməkdaşlığını gücləndirmək niyyətini bir daha təsdiqləyib.