Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.
İdarədən Mektebgushesi.az -a verilən xəbərə görə, imtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.
Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.