Mektebgushesi

Dərc olunub: 28.02.2025

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin (İB) “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” adlı layihənin icrasına başlayıb.

Bu barədə İB-dən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına nail olmaqdır.

Layihə çərçivəsində gənclərdə peşə təhsilinə marağın yaradılması, onların gələcək peşə karyerasının qurulmasında zəruri məsləhətlərin verilməsi nəzərdə tutulur. Buna görə layihə iştirakçıları üçün peşəkar təlimlərin təşkili, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, yaradıcı kontent vasitəsilə brendin hədəf auditoriyasının diqqətini çəkə bilən “influenser”lərlə görüşlərin keçirilməsi, həmçinin uğur hekayələrinə həsr olunan videoçarxların hazırlanması planlaşdırılır.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.