Dərc olunub: 27.02.2025

Qazaxıstan universitetlərinin təhsil sərgisi keçiriləcək.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qazaxıstan Respublikasının elm və ali təhsil naziri və bir sıra universitetlərinin nümayəndə heyətlərinin Azərbaycana səfəri çərçivəsində 4-5 mart tarixlərində “Bakı İdman Sarayı”nda təhsil sərgisi keçiriləcəkdir.

Təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edəcək və Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə iştirakçılara məlumat veriləcəkdir.

Məlumat üçün bildiririk ki, hazırda Hökumətlərarsı Təqaüd Proqramları çərçivəsində Qazaxıstan Respublikasında Azərbaycan Respublikası vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur və hər tədris ili sözügedən təqaüd proqramı çərçivəsində AR vətəndaşları Qazaxıstanın müxtəlif nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanırlar.

Sərgidə iştirak ödənişsizdir.