Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi 15 mart tarixində Bakı şəhərində keçiriləcək.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, imtahanların yeri və vaxtı ilə bağlı ətraflı məlumat namizədlərə SMS vasitəsilə təqdim ediləcək.
Namizədlərdən portalda qeyd etdikləri telefon nömrələrinin aktivliyini yoxlamaları və hər hansı dəyişiklik olduğu halda agentliyin Çağrı Mərkəzinə (146-7) məlumat vermələri xahiş olunur.