“Aİ texnologiyalarının dərs prosesində etik və məsuliyyətli tətbiqi” layihəsinin bağlanışı keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib gəlmiş bu layihənin bağlanışında Ağcabədi rayonu Nəcəfqulubəyli kənd R.İbrahimov adına tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.
Layihə çərçivəsində müəllimlərin ehtiyaclarının qiymətləndirilməsi aparılıb və əldə edilən məlumatlar əsasında xüsusi təlim proqramı hazırlanmışdır. 20 məktəbdə əyani və onlayn formatda təlimlər keçirilib, müəllimlərə dərs planlaması, qiymətləndirmə və testlərin hazırlanmasında Chat GPT-dən səmərəli istifadə üsulları öyrədilib.
Eyni zamanda, təhsildə AI-nin etik istifadəsi mövzusunda təlimlər keçirilib və məlumatların məxfiliyi, təhlükəsizlik və qərəzsizlik mövzuları vurğulanmışdır. Layihənin sonunda təlim proqramının təsiri qiymətləndirilib və davamlı öyrənmə üçün resurs deposu yaradılıb. Layihə çərçivəsində təcrübəli 10 müəllim seçilib gələcəkdə layihəni davam etdirmək məqsədilə təlimçi kimi hazırlanıb.
Xatırladırıq ki, Ağcabədi rayonu Nəcəfqulubəyli kənd R.İbrahimov adına tam orta məktəbdə Vüsalə Əliyeva tərəfindən icra olunub.
Layihənin əsas məqsədi süni intellektin tədrisə inteqrasiyası ilə bağlı müəllimlərin biliklərini artırmaq, Chat GPT texnologiyasının tədrisdə istifadəsinə dair praktiki təlimlər təşkil etmək və etik-məsuliyyətli istifadə qaydalarını öyrətməkdən ibarət idi