Dərc olunub: 26.02.2025
Dövlət Gömrük Komitəsinin Akademiyasında yeni təyinat olub.

Mektebgushesi.az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Anar Süleymanov DGK-nın Akademiyasının rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzovdur.