ADA məktəbinin şagirdi Cüneyd Qənbərov Beynəlxalq Riyaziyyat Yarışmasının (“International Math Challenge – IMC”) Qlobal Mərhələsində qızıl medal qazanıb.
ADA-dan verilən məlumata görə final mərhələsi Tailandın “Chulalongkorn” Universitetində keçirilib. Gənc riyaziyyatçı öz kateqoriyasında dünyanın 71 ən güclü iştirakçısı arasında 7-ci yerə layiq görülüb.
Qeyd edilib ki, builki yarışmada 140 ölkədən on mindən çox şagird iştirak edib. Onlardan yalnız ən yüksək nəticə göstərən 45 faiz iştirakçı finala vəsiqə qazanıb.