23 fevral tarixində 7 fənn – riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix üzrə Respublika fənn olimpiadalarının yarımfinal turu təşkil olunub.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 14.347 şagird yarımfinal turunda iştirak hüququ qazanıb.
Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.
Qeyd edək ki, ərazilərimiz işğaldan azad olunduqdan sonra bu il ilk dəfə Şuşa və Xankəndidə olimpiadanın yarımfinal turu keçirilib.