Qış aylarında havanın kəskin soyuması dağlıq ərazilərdə yerləşən məktəblərin fəaliyyətinə birbaşa təsir göstərir. Şagirdlərin dərsə davamiyyəti və təhsil müəssisələrinin istilik təminatı bu dövrdə daha da önəmli məsələlərdən birinə çevrilir.
“Azərbaycan müəllimi” Dağlıq Şirvan regionunda müşahidə edilən kəskin soyuq hava şəraiti ilə əlaqədar məktəblərdə vəziyyətin necə olduğunu araşdırmaq üçün Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, hazırda bölgədə fəaliyyət göstərən ümumtəhsil məktəblərində davamiyyətlə bağlı ciddi problemlər yoxdur: “Bir neçə məktəbin kombi sistemində yaranmış nasazlıqlar da aradan qaldırılıb”.