Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində regionlarda yeni məktəblər inşa edir.
Mektebgushesi.az xəbər verir ki, hazırda Samux, Gəncə, Goranboy, Göyçay, Ucar və digər rayonlarda tikintilər davam edir.
Bu il 10-dan çox rayonda yeni məktəblər istifadəyə veriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Bakıda və regionlarda yeni ümumtəhsil məktəblərinin, uşaq musiqi və incəsənət məktəblərinin inşasını, əsaslı təmirini həyata keçirir.
Proqram üzrə 2005-2024-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub.
2025-ci ildə isə 20-dək yeni məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.