BDU-dan bildirilib ki, təcrübə müddətində tələbələr SOCAR-ın strukturuna daxil olan müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunacaqlar.
Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində, ixtisas biliklərinin və səriştələrinin inkişafı üçün təşkil olunan təlimlərdə iştirak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.
SOCAR-ın “Gənc İstedadlar Proqramı” Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq məqsədilə həyata keçirilir.