Dərc olunub: 20.02.2025

Media nümayəndələri Prezidentin izi ilə Ağdam şəhərindəki 1 nömrəli körpələr evi-uşaq bağçasında olublar.

Mektebgushesi.az “Report” -a istinadən  xəbər verir ki, onlara burada aparılan tikinti prosesi barədə ətraflı məlumat verilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli jurnalistlərə açıqlamasında bildirib ki, körpələr evi-uşaq bağçası 160 yerlikdir:

“Körpələr evi-uşaq bağçası 8 geyim, 8 yemək otağı və s. ilə təmin olunub”.

Həmçinin bildirilib ki, zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur.

Foto: Mircavid Eminoğlu